Avqustun 14-də Afrikanın qərb sahillərində yoxa çıxan və göyərtəsində 17 Gürcüstan vətəndaşının olduğu neft tankerinin yeri müəyyənləşib.

Milli.Az Trend-ə istinadən bildirir ki, gəmi hazırda Toqo Respublikasının Lome limanına hərəkət edir.

Qeyd edək ki, Panama bayrağı altında üzən gəminin göyərtəsində 2 Rusiya vətəndaşının da olduğu bildirilir.

Məlumata görə, hazırda dənizçilərin sağlamlığı və həyatı təhlükə altında deyil, vəziyyətləri qənaətbəxşdir. Axtarış-xilasetmə işləri sahilyanı ölkələrlə əlaqəli şəkildə aparılır.

Gürcüstan Xarici İşlər Nazirliyi dənizçilərin axtarışı və xilas edilməsi missiyası tam başa çatdıqdan sonra daha ətraflı məlumat veriləcəyini bildirib.

Milli.Az