Bakı Beynəlxalq Avtovağzal Kompleksində əməkdaşlara vahid uniformalar veriləcək.

Bu barədə Publika.az-a BBAK-nin mətbuat xidmətinin rəhbəri Yaşar İsakov məlumat verib.

Onun sözlərinə görə, bu gündən sərnişindaşımanın təşkili şöbəsinin əməkdaşları – perron nəzarətçiləri, dispetçerlər və mütəxəssislər vahid uniforma geyinəcəklər.

“Sərnişinlərimiz onları maraqlandıran bütün sualları əməkdaşlarımıza ünvanlaya bilərlər”.