Müasir smartfonlar çoxfunksiyalı sistemə malikdirlər.
Milli.Az islaminsesi.info-ya istinadən telefonların məhz belə funksiyalarından bəhs edən məqaləni təqdim edir. Bu funksiyalar nəinki kömək edir, hətta ən çətin anlarda sahibinin həyatını xilas edə bilər.
1. Təcili zənglər
Təhlükəsizlik zəngi -SOS artıq smartfonlarda daha ağıllı bir sistemə keçib. Əgər siz onu tənzimləyə bilsəniz özü 3 saniyədən sonra zəng edə bilir.
2. Səsli yardımçı
Səsli yardımçı yalnız əyləncə və zəngli saatlar üçün quraşdırılmayıb. Ən çətin anlarda o təcili yardıma zəng edə bilər və polis çağırmağı bacarar. Sadəcə olaraq onu aktivləşdirmək lazımdır.
3. Ailə Nəzarəti
Təhlükəsizlik baxımından ailə uşaqların internetə girişini məhdudlaşdıra bilər. Bunu sadəcə olaraq tənzimləmələrə girərək parol qoymaqla reallaşdıra bilərsiniz. Daha maraqlı isə "Ailə izni" qovluğudur. Onun aktivləşdirilməsindən sonra tələblərə cavab verməyən proqram və tətbiqləri uşaq satın ala bilmir.
4. Gizli çəkiliş
Əgər siz gizli çəkilişi aparmaq istəyirsinizsə bunu asanlıqla edə bilərsiniz. Kilidlənmiş ekranda kameranı basılı saxlayın və buraxın. Artıq yarısönmüş ekran öz işini biləcək. Çəkiliş gedir.
5. Siqnal fanarı
Artıq fanar demək olar ki, bütün telfonlarda var. Ekstrimal vəziyyətdə o əla işinizə yaraya bilər. Siz onunla işarə verə bilərsiniz. 3 qısa, 3 uzun və 3 qısa işıq işarəsi təhlükədəyəm mənasını verir.
6. Əlaqə üçün ayrıca xidmət
Xaricə səfər edənlərə bir ipucu. ICE (in Case of Emergency) - Bu xidmət beynəlxalq dildir. Bu artıq təhlükə barədə siqnaldır.
7. Xilasedici zəngli saat
Əgər başınıza fəlakət gəlibsə və siz tərpənə bilmirsinizsə heç olmasa zəngli saatı qurun. Bu sizə yardımçı olar. Fəlakət anında yuxuya getmək olmaz.
8. Anında tərcümə
Hamımız bilirik ki, bütün telefonlarda demək olar ki, tərcümə pıroqramları var. Amma bəzən yazmaga ehtiyac yoxdur, sadəcə telefonun ekranını o fotoya tuşlayın. Əgər internetsiz istifadə etmək istəyirsinizsə onda proqramı endirin.
9.Dinləmə
İOS telefonlarının sonuncu modelində bu funksiya var. Asanlıqla telefonu stolun üstünə atıb gedə bilərsiniz. Bu zaman onu səssiz rejimə də salmağı unutmayın. Sadəcə olaraq kənardan zəng edin və telefon asanlıqla sizin agentinizə çevrilsin.
10.Telefon sahibinin yerinin dəqiq müəyyənləşdirilməsi
"İphone tap" funksiyası yalnız telefona deyil, sahibinə də aiddir.
11.Kompas
Bu tətbiq sizi azmaqdan qoruyar.
12.Təhlükəsiz sürücülük
Telefonlarda zəngləri yönəldən funksiyalar var. Məsələn, sükan arxasında zənglərə cavab vermək istəmirsinizsə, onda həmin funksiyanı aktiv edin. Sizə zəng edənə mesaj gedəcək. Daha sonra zəng edin arzusu onlara çatdırılacaq.
Milli.Az