Çində ər arvadını öldürərək üç ay soyuducuda saxlayıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki,məhkəmə 31 yaşlı Zhu Xiaodonga edam cəsası verib.

Zhu Xiaodong arvadının sərvətinə sahib olmaq üçün onu qətlə yetirib və əldə etdiyi pulla başqa bir qadınla tətilə çıxıb.

Bir müddət sonra yaxınları qadının yoxluğundan şübhələniblər və polisə müraciət ediblər.

Araşdırmalar zamanı Zhu Xiaodonqun cinayəti üzə çıxıb. Mərhumun yaxınlarının tələbi ilə cani ər edam cəzasına layiq görülüb.

Milli.Az