Siqaret paketində 20 ədəd siqaretin olmasının elmi bir izahatı var.
Milli.Az islaminsesi.info-ya istinadən bildirir ki, mütəxəsisslər bunun təsadüf olmadığını bildiriblər. Aparılan araşdırmalara əsasən məlum olub ki, 45 dəqiqədən bir siqaret çəkən insan 16 saat yuxusuz qaldığı müddətdə 20 siqaret çəkir. Psixatr həkim Azər Bağırov siqaretlərin riyazi bir üslubla elə yığıldığını açıqlayıb: "Əsas məsələ budur ki, nikotin reseptorlarının təkrar aktiv hala keçməsi üçün nə qədər vaxt lazımdır? Bu müddət orta hesabla 45 dəqiqədir. Əgər 16 saat oyaq qalan bir insan hər 45 dəqiqədən bir siqaretə ehtiyac duysa, bu 20 ədəd etməlidir. Bu elmi şəkildə isbatlanıb və biznesə tətbiq olunub."
Elmi araşdırmalara görə dünya əhalisinin 20% siqaretdən istifadə edir.
Milli.Az