Avstraliya hökuməti Çinin "Huawei" telekommunikasiya şirkətinin 5G standartlı mobil rabitə şəbəkəsinin yaradılması üçün avadanlıqların ölkəyə idxalına qadağa qoyub.
Milli.Az Trend-ə istinadən bildirir ki, məlumata görə Çin operatorunun iştirakı ilə bu mobil rabitə şəbəkəsindən ölkədə icazəsiz giriş və ya müdaxilə üçün istifadə edilə bilər.
Ekspertlər bildirirlər ki, Avstraliya ABŞ-in atdığı addımları təkrarlayıb. Belə ki, bu il ABŞ milli təhlükəsizliyi səbəb göstərərək "Huawei" şirkətinin ölkədəki bir çox bazarlarını bağlamışdı.
Milli.Az