Şabran rayon Polis şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin iyul və avqust aylarında şəhər ərazisində yerləşən 3 evə qanunsuz daxil olaraq oradan pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Murad Məmmədov saxlanılaraq RPŞ-yə gətirilib.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, dindirilmə zamanı M.Məmmədov törətdiyi cinayət əməllərini etiraf edərək, sahiblərinin evdə olmadığı vaxtlarda pəncərədən daxil olaraq evlərdən pul və qızıl-zinət əşyaları oğurladığını bildirib.

"Qızılların yarısını şəhərdə müxtəlif yerlərə ucuz qiymətə vermişəm. Əməlimə görə peşmanam", - saxlanılan şəxs Murad Məmmədov deyib. 

Faktla bağlı M.Məmmədov barəsində Azərbaycan Respublikası CM-nin müvafiq maddələri ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Videonu izləmək üçün şəklə klikləyin:
3 evi sahibsiz görüb soyan oğru əməllərini etiraf etdi

Milli.Az