Tatarstanın Yelabuqa şəhərində assenizator avtomobili yerin təkinə batıb. Sürücü kabinanı tərk etməyə macal tapıb.
Milli.Az oxu.az-a istinadən bildirir ki, yük maşını kanalizasiya nasos stansiyasına düşüb.
"Stansiyanın üzərindəki beton təbəqə tərpənib, nəticədə avtomobil quyuya düşüb.
Sürücü heç bir xəsarət almayıb. Avtomobili quyudan məxsus olduğu müəssisə çıxaracaq", - şəhər rəhbərliyinin nümayəndəsi deyib.
Videonu izləmək üçün şəklə klikləyin:
Milli.Az