London Universitetinin mikrobioloq alimləri müəyyən ediblər ki, adi kompyuter klaviaturalarında mikrobların sayı unitazın oturacağındakı mikroblardan çoxdub.
Alimlər qeyd edirlər ki, bir neçə insanın istifadə etdiyi klaviatura müxtəlif xəstləliklərin yayılmasının mənbəsi ola bilər.
Aparılmış tədqiqatlar göstərir ki, komyuter qurğularının 33 -dən dördündə mikrobların miqdarı insan sağlamlığına potensial təhlükə yaradır.
Tədqiqat aparılan idarədə yoxlanılan klaviaturada bakteriyaların sayı həmin idarənin unitazının oturacağındakı bakteriyalardan çox olduğu ortaya çıxmışdır. Bu klaviaturada mikroorqanizmlərin sayı normal haldan 150 dəfə çox idi.
Mikrobioloqlar izah edirlər ki, zahirən təmiz görsənən klaviaturada mikroorqanizmlərin bu sayda və müxtəliflikdə olmasının əsas səbəbi ondadır ki, komyuterdə işləyən əksər insanlar adətən yeməklərini kompyuterdən aralanmadan yeyirlər. Bu halda klaviaturaya yemək qırıntıları düşür və barmaqlardakı yağ da onlara qatışır, beləliklə bakteriyaların gur inkişafı başlayır.
Şəxsi gigiyenanın və əmək nizam-intizamının adi qaydasına riayət edilməməsi bakteriyaların əmələ gəlməsinə, çoxalmasına və nəticədə qida zəhərlənmələrinə gətirib çıxardır.
Belə hallardan qorunmaq üçün ən düzgün yol kompyuter arxasında qida qəbul etməmək və tez-tez əlləri, xüsusən də yeməkdən əvvəl sabunla yumaqdır.
Milli.Az