Bayram namazından sonra insanlar qurbanlarını kəsməyə başlayıblar. İnsanlar qurbanlıq satışı məntəqələrinə üz tutublar və qurbanlıqlarını alıblar.
Bakıda əsl bayram ab-havası yaşanır. Qurban yarmarkalarında sözün əsl mənasında insan izdihamı yaşanıb. Görüntülər Nərimanov rayonu Təbriz küçəsi, 1 ünvanında yerləşən qurbanlıq heyvanların kəsimi və satışı məntəqəsindədir.
Müsəlmanların müqəddəs bayramlarından olan qurban bayramı ilə əlaqədər insanlar səhərin erkən saatlarından kəsim məntəqələrinə üz tutublar.
Qurbanlar alınaraq elə yerindəcə kəsilib.
Kəsim və satış qaydalarına riayyət etmək üçün adiyyatı qurumun nümayəndələri nəzarət edir.
Kəsim məntəqələrində Qida təhlükəsizliyi agentliyinin baytar həkimləri də xidmət göstərib. Kəsimə gətirilən heyvanların sağlamlığı elə yerindəcə yoxlanılıb.
Bundan başqa qurban kəsim məntəqələrində Kənd təsərrüfatı nazirliyinin dəsdəyi ilə gətirilən heyvanların da satışı aparılır. Bu heyvanların qiyməti isə minimum 160 manatdan başlayır. /xezerxeber.az
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: