Yevlax şəhərində sərnişinin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Milli.Az "report"-a istinadən bildirir ki, hadisə Yevlax şəhərində qeydə alınıb.

"VAZ-2106" markalı avtomobilin "Nissan" markalı avtomobillə toqquşması nəticəsində sərnişinlərdən biri, 1994-cü il təvəllüdlü Samir Musayev müxtəlif bədən xəsarətləri alıb. Xəstəxanaya yerləşdirilən S.Musayevin vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az