Qurban bayramı ilə əlaqədar Şəkidə təşkil olunan diri heyvanların satış yarmarkasında alıcılara təklif edilən xırdabuynuzlu heyvanların qiyməti bazarlardakı mövcud qiymətlərdən 25-30 manat aşağı olub.

Şəki Dövlət Aqrar İnkişaf Mərkəzindən Publika.az-a verilən məlumata görə, yarmarkanın ikinci günü satışa çıxarılan 100-dən çox qurbanlıq qoyunun yarıdan çoxu əhali tərəfindən alınıb. Heyvanların qiyməti çəkisindən asılı olaraq 130-180 manat arasında dəyişib.

Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə təşkil edilən satış yarmarkalar avqustun 23-də də davam edəcək.