Qara dənizdə ingilis döyüş təyyarələri ilə rus təyyarələri arasında təhlükəli anlar yaşanıb.
Publika.az xəbər verir ki, NATO bazasından havaya qalxan İngilislərə məxsus iki "Typhoon" döyüş təyyarəsi havada Rusiyaya məxsus iki "Su-30 Flanker" döyüş təyyarələrinin önünü kəsərək dayandırıb. Təhlükəli anlar yaşanıb.
Bu barədə İngiltərə mediası məlumat paylaşıb. Qara Dəniz
üzərində ingilis təyyarələrinin Rusiyaya məxsus döyüş
təyyarələrinin qarşısını kəsməsinə dair məlumat təsdiqlənib.
Xatırladaq ki, ötən ay da ingilis "Typhoon" döyüş təyyarələri Qara
dəniz səmasında rus təyyarələrinin qarşısını kəsərək təhlükəli
anlar yaşatmışdı.
Könül