Beyləqan iki avtomobil toqquşub.

Milli.Az Report-a istinadən bildirir ki, Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, avqustun 21-də saat 19 radələrində Beyləqan şəhəri ərazisində şəhər sakinləri Samir Sadıqovun və Nazim Nağıyevin idarə etdikləri "VAZ" markalı avtomobillər toqquşub.

Nəticədə S.Sadıqov hadisə yerində ölüb, N.Nağıyev və 1 sərnişini isə xəstəxanaya yerləşdirilib.

Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.

Milli.Az