Bu günlərdə Bakı Bulvarında qeyri-adi, xoşagəlməz anlar yaşanıb. 

Milli.Az 7news.az-a istinadən xəbər verir ki, "Bulvar otel"in yaxınlığında, insanların istirahət etdiyi məkanda təhlükəli məqamlar videoya çəkilib. Bir neçə vəhşi küçə iti sadə vətəndaşların üzərinə hücum çəkib. 

Videonu redaksiyaya göndərən şəxs qeyd edir ki, itlərin sürü halında hücum çəkdiyi insanlar arasında turistlər də olub. Məlumata görə, itlər daha sonra ailəvi olaraq velogəzintiyə çıxan turistlərin üzərinə də hücum edib.

Bakı Bulvarında biabırçılıq: vəhşi itlər insanlara belə hücum etdi

Milli.Az