Lənkəranda yanğın hadisəsi baş verib.
Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, alov Moğonojoba kəndində, ümumi sahəsi 65 kvadrat-metr olan tövlədə meydana gəlib.
Dam örtüyünün yanar konstruksiyaları, 20 kvadrat-metr sahədə və tövlənin damına yığılmış 1,8 ton ot bağlamasının 800 kiloqramı yanıb. Tövlənin və ot bağlamasının qalan hissəsi isə alovdan mühafizə olunub. Yanğın söndürülüb.
Videonu izləmək üçün şəklə klikləyin:
Milli.Az