Londonun şimal-qərbindəki metronun Kinqsberri stansiyasının yaxınlığında atışma baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, atışma barədə məlumat polisə yerli vaxtla avqustun 20-də 21:45-də daxil olub. Atışma nəticəsində üç nəfər xəsarət alıb.

Hadisə yerində hüquq mühafizə orqanlarının əməkdaşları və tibb işçiləri cəlb olunub. Şübhəlilər axtarılır və ətrafdakı küçələr bağlanıb.

Milli.Az