Dünyada ilk olaraq kvars qol saatlarının yaradıcısı olan Rene Le Kultr İsveçrədə vəfat edib.

Milli.Az "report"-a istinadən bildirir ki, mərhumun 100 yaşı var idi. Belə ki, ixtiraçı yubileyini qeyd etdikdən 3 həftə sonra dünyasını dəyişib. 

Qeyd edək ki, qola taxılan ilk marka kvars saatları 1967-ci ildə İsveçrədə keçirilən ümumdünya dəqiqlik müsabiqəsindədə təqdim olunub. Rene Le Kultr həmçinin İsveçrədə elektronika və mikrotexnika mərkəzinin yaradıcılarından biri idi.

Milli.Az