Türkiyənin Kastamonu vilayətinin Taşkörpü rayonunda təşkil olunan 32-ci Beynəlxalq Mədəniyyət və Sarımsaq Festivalı çərçivəsində tanınmış müğnni Ece Seçkinin də konserti baş tutub.

Milli.Az "ölkə.az"-a istinadən bildirir ki, konsertdən sonra verdiyi açıqlama zamanı bildirib ki, Qurban Bayramından sonra ailə daxilində söz kəsib evliliyə gedən yolda ilk addımını atacaq.

"Bu axşam Çağrının ailəsi də burada idi. Məni tək qoymadılar", deyə müğənni gələcək nişanlısının ailəsinin də ona dəstək olduğunu bildirib.

Ece Seçkin Qurban Bayramı münasibətilə bütün müsəlmanları təbrik etməyi də unutmayıb. 

Konsertin sonunda Taşkörpü bələdiyyəsi tərəfindən ona sarımsaq tac taxılaraq sarımsaq kraliçası elan edilib.

Milli.Az