Aktrisa Şükran Ovalı və futbolçu Caner Erkin cütlüyünün övladı dünyaya gəlib.
Milli.Az axşam.az-a istinadən məlumat verir ki, ikilinin qızı doğulub. Onlar qızlarına Mihran adını veriblər. Aktrisa Şebnem Bozoklu Şükran, Caner və digər dostları ilə çəkdirddiyi şəkli İnstaqram hesabında paylaşaraq bu sözləri yazıb:
"Şükranımızı doğuş otağına apararkən biz. Bu səhər mükəmməl bir övlad dünyaya gəldi".
Qeyd edək ki, aktrisa və futbolçu 2017-ci ildə ailə qurub.
Milli.Az