Qurban bayramı günlərində Fövqəladə Hallar Nazirliyinin (FHN) qəza-xilasetmə qurumları və regional mərkəzləri gücləndirilmiş iş rejimində işləyəcək.

Milli.Az bildirir ki, Trend-in nazirliyin saytına istinadən məlumatına görə, bu məqsədlə imzalanmış əmrə əsasən həmin qurumların növbətçi və ehtiyat qüvvələri yüksək hazırlıq səviyyəsinə gətirilib, aidiyyəti üzrə şəxsi heyət əlavə olaraq təlimatlandırılıb.

Milli.Az