ABŞ-da yaşayan hindus ailə nin başçısıın cəsədi yandırılandan sonra külü səhv düşüb.

Milli.Az New York Post-a istinadən bildirir ki, Şaşi Şarma vəfat edəndən sonra onun vəsiyyətinə uyğun olaraq cəsədi kremasiya olunub, yandırılıb. Şaşi külünün Hindistandakı Qanq çayına səpilməsini vəsiyyət etmişdi.

Fəqət dəfn bürosunda mərhumların adları səhv düşüb, Şaşi Şarmanın külünün əvəzində onun ailəsinə Sarup Şarmanın külü verilib.

Şaşi Şarmanın övladları Syuzan və Sunil Şarmalar da həmin külü Qanq çayına səpiblər.

Şarma ailəsi dəfn bürosunu məhkəməyə verib.

Büro üzr istəyib, Şaşi Şarmanın külünü ailəsinə verməyə hazır olduğunu bildirib.

Şaşi Şarmanın ailə üzvləri yenidən Hindistana yollanmağa, mərhumun külünü Qanqa səpməyə hazırlaşırlar.

Milli.Az