Londonun Qrinviç rayonunda kişi çəkiclə iki qadına hücum edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, qadınlar ana və qızı olub. Onların 64 və 30 yaşları olub. Ana və qızı yaralanıb və xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyəti çox ağırdır.

Məlumata əsasən, hücum edən şəxs polislər tərəfindən saxlanılıb.

Milli.Az