Rusiya Prezidenti Vladimir Putin ilə Almaniya Kansleri Angela Merkel arasında görüş keçirilib.

Milli.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, 3 saata yaxın davam edən görüşdə ikitərəfli və regional məsələlər müzakirə olunub.

Həmçinin Suriya məsələsi, Ukrayna böhranının həlli yolları, "Şimal axını-2" layihəsi, İranın nüvə proqramı üzrə saziş ətrafındakı vəziyyət barədə də fikir mübadiləsi aparılıb.

Milli.Az