Biləsuvar rayon sakini dənizdə boğulub.
Milli.Az "Report"a istinadən bildirir ki, dünən rayon sakini 1999 -cu il təvəllüdlü Orucov Kənan Zahid oğlu Bakıdakı çimərliklərin birində boğularaq, dünyasını dəyişib.
Məlumata görə, K. Orucov Azərbaycan Memarlıq və İnşaat Universitetinin 3-cü kurs tələbəsi olub.
Mərhum gənc bu gün doğulduğu Biləsuvar rayonunda dəfn edilib.
Milli.Az