Bakı, 22 aprel, AZƏRTAC
Azərbaycan Universitetində 11 ixtisas üzrə təhsil alan 114 tələbə müxtəlif dövlət və qeyri dövlət orqanları, biznes müəssisə və təşkilatları, elmi tədqiqat institutu və digər qurumlarda istehsalat təcrübəsi keçəcək.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, mayın 16-dək davam edəcək təcrübədə tələbələr təhsil aldıqları dövrdə qazandıqları nəzəri bilik və bacarıqlarını tətbiq edəcəklər.
İstehsalat təcrübəsinin başlanğıc konfransında təcrübə rəhbərləri və tələbələrə üzərlərinə düşən öhdəliklər barədə məlumat verilib, təcrübənin təşkilinə dair ümumi qaydalar və tələblər, qiymətləndirmə meyarları diqqətə çatdırılıb. Konfransda, həmçinin təcrübə müddətində yerinə yetiriləcək işlərlə bağlı tövsiyələr verilib, təcrübənin təşkilinə dair sənədlər toplusu rəhbərlərə təqdim edilib, tələbələri maraqlandıran sullar cavablandırılıb.
