Sabirabad rayonunda 22 yaşlı qız sirkə turşusundan zəhərlənib.

Hadisə rayonun Yolçubəyli kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini 1996-cı il təvəllüdlü Xəlilova Fatimə Nəriman qızı bilmədən turşu sirkəsini içərək zəhərlənib. O dərhal Sabirabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır (Report).