Əsl soyqırım ermənilərə deyil, azərbaycanlılara qarşı törədilib.

ANS TV-nin məlumatına görə, bunu Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov ermənilərin qondarma soyqırımının 100 illiyi ərəfəsində qarşı tərəfin bunu siyasi alətə çevirməsindən danışaraq bu sözləri işlədib.

Jurnalistlərə açıqlamasında Ziyafət Əsgərov ermənilərin “soyqırım” siyasətinin qec-tez iflasa uğrayacağını bilidirib:

“Dünyanı, ayrı-ayrı ölkələri şantaj etməyin, bunu ayrı-ayrı yerlərdə qəbul etdirməyin hesab edirəm ki, heç bir perspektivi yoxdur, mənasız bir işdir. Ermənilərin tam əksəriyyəti özü də bilir ki, belə bir “soyqırım” olmayıb. Amma real soyqırım olub. Azərbaycan ərazisində. Xocalıda olub. Dünən Xocalı ilə bağlı bizim deputatlar Avropa Şurasında məsələni qaldırdılar. Yaxşı, nə üçün Xocalıya münasibət bildirilmir. Axı Xocalı real bir faktdır”.

Mənbə
ANS TV