Avstraliyanın cənub sahillərində Yeni Cənubi Uels ştatında yanğınsöndürən vertolyot qəzaya uğrayıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, xəbəri ştatın təcili yardım xidməti təsdiqləyib.
Bildirilir ki, vertolyot Şoalxeyvena rayonunda baş vermiş yanğınların söndürülməsində iştirak edirmiş.
İlkin məlumata görə, vertoyotda 1 nəfər olub. Onun taleyi hələ məlum deyil.
Milli.Az