Pakistan Milli Assambleyasının (parlamentin aşağı palatası) deputatları cümə günü keçirilən səsvermənin nəticələrinə əsasən, "Təhrik-e-İnsaf ("Ədalət uğrunda hərəkat") mərkəzçi partiyasının lideri İmran Xanı Pakistanın yeni Baş naziri seçiblər.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, GEO TV telekanalının yaydığı məlumata görə, 65 yaşlı İmran Xanı 176 deputat dəstəkləyib. Onun əsas rəqibi - "Pakistan müsəlman liqası" partiyasının rəhbəri Şəbhaz Şərif 96 səs yığıb.
Milli.Az