Kilsk unuversitetindən olan Çun Şinq Kvonananın rəhbərliyi altında bir qrup alimin gəldiyi qənaətə görə, uzunmüddətli yuxu ürək xəsətliklərinin yaranmasına və vaxtından əvvəl ölümə səbəb olur.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, mütəxəssislər 3 milyonluq iştirakçının köməyi ilə 74 tədqiqat aparıblar.

Əldə olunan nəticəyə əsasən, gündəlik 10 saat yuxu, ölüm riskini 30% çoxaldır. Həmçinin ilsultdan ölüm halları 59 %, qan damar xəstəliklərininin yaranması isə 49 % artmış olur.

Uzun yuxunun təhlükəli olması kimi, yuxuya meyillilik özü-özlüyündə xəstəlik əlamətidir. Mütəxəssislər 7-8 saat yuxu vaxtının olmasını məsləhət görürlər. Bu, eyni zamanda ciddi xəstəliklərin yaranmasının qarşısınnı ala bilər.

Milli.Az