Bakıda insan alveri cinayətləri 35,3% azalıb
“Report”un xəbərinə görə, bu barədə aprelin 22-də Bakı Şəhər Baş Polis İdarəsində (BPİ) keçirilən 2015-cü ilin I rübünün nəticələrinə və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsində bildirilib.
Bakı Şəhər BPİ-nin rəisi, polis general-mayoru Mirqafar Seyidovun iştirakı ilə keçirilən əməliyyat müşavirəsində qeyd olunub ki, ötən ilin eyni dövrü ilə müqayisədə qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri 7%, az ağır cinayətlər 5,9%, böyük ictimai təhlükə törətməyən cinayətlər 4%, mülkiyyət əleyhinə cinayətlər 0,2%, o cümlədən dövlət və ya bələdiyyə əmlakı oğurluğu 3,8 dəfə, xüsusi əmlak oğurluğu 10,7%, mənzillərdən oğurluq 11,4%, avtonəqliyyat oğurluğu 11,1%, insan alveri cinayətləri 35,3% azalıb, xuliqanlıq cinayətləri isə sabit qalıb.
Ümumi cinayətlərin 68,7%-nin (ötən il 66,4%), ağır növ cinayətlərin 75,5%-nin (ötən il 73,0%), bütövlükdə naməlum şəraitdə baş vermiş cinayətlərin isə 56,8%-nin (ötən il 55,9%) açılması təmin olunub.
Bununla yanaşı, hesabat dövründə qeydə alınmış 444 şəxsiyyət əleyhinə cinayətdən ötən ildən icraatda olmuş cinayətlərlə birlikdə 89,9%-nin (ötən il 86,4%), o cümlədən qəsdən adam öldürmələrin (ötən il 85%), eləcə də adam öldürməyə cəhdlərin, zorlamaların (ötən il 83,3%) hamısının açılması təmin olunmuş, keçən ilin müvafiq dövrü ilə müqayisədə qəsdən sağlamlığa ağır zərər vurma cinayətlərinin açılması 1,8%, qəsdən sağlamlığa az ağır zərər vurma cinayətləri 5,7%, mülkiyyət əleyhinə cinayətlər 2,8%, xüsusi əmlak oğurluqları 4,3%, o cümlədən mənzil oğurluğu 3,1%, dələduzluq cinayətləri 4,9%, zorlama cinayətlərinin açılması 16,7%, hədə-qorxu ilə tələb etmələr 66,6%, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin açılması isə 1,2% yaxşılaşıb.
Hesabat dövründə 18 soyğunçuluq və quldurluq cinayəti törətmiş 38 nəfərdən ibarət 15 qrup, eləcə də 29 mənzil oğurluğu cinayəti törətmiş 27 nəfərdən ibarət 12 qrup ifşa edilib, həmçinin bu müddətdə aşkar edilmiş 380 fakt üzrə qanunsuz dövriyyədən 108 kq 284 qram (ötən il 72 kq. 616qr) narkotik vasitə çıxarılıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Sosial ödəniş alanların nəzərinə
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10