Çikaqo şəhərinin O`Xara hava limanında iki təyyarə toqquşub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ Mülki Aviasiya Federal Xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, toqquşma nəticəsində hər iki təyyarənin qanadlarına zərər dəyib. Hadisədən heç kim xəsarət almayıb.

Hadisənin səbəbləri araşdırlır.

Milli.Az