Bakı. 22 aprel. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Naftalan şəhəri, Heydər Əliyev Mərkəzində Naftalan, Gəncə şəhərlərindən, Daşkəsən, Göygöl, Kəlbəcər və Samux rayonlarından olan vətəndaşları qəbul edəcək. 
"Report" xəbər verir ki, görüş aprelin 29-u saat 11-də olacaq.
Qəbula gəlmək istəyən vətəndaşlar şəhər (rayon) mədəniyyət və turizm şöbələri ilə əlaqə saxlaya bilərlər.