Azərbaycan iyul ayının sonuna olan vəziyyətə əsasən qeyri-neft ixracını 14 faiz artırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.

O bildirib ki, ölkənin qeyri-neft ixracı bu ilin yanvar-iyul aylarında 2017-ci ilin eyni dövrü ilə müqayisədə 14 faiz artıb:

"Bundan başqa, Azərbaycan məhsulunun ixrac coğrafiyası da genişlənir. Azərbaycanın böyük ixrac potensialı var. Əldə olunan nəticələr göstərir ki, görülən işlər səmərə verir. İnanıram ki, bu dinamika ilin sonunadək davam edəcək".

Milli.Az