Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda Türkiyədən Azərbaycana idxal gömrük proseduru altında daxil olan yük avtomobili "HCVG vizual - Smiths Detection" yoxlama-baxış sistemindən keçirilib və bu zaman monitorda yük-müşayiət sənədlərində göstərilən mallarla uyğun olmayan təsvirlər görünüb.

Komitədən XəzərXəbər-ə daxil olan məlumata görə, təkrar baxış zamanı nəqliyyat vasitəsindən gömrük orqanıına bəyan olunmayan 36 top müxtəlif ölçülü elektrik kabelləri, 9 qutu plastik kabel kanalları və 12 top elektrik izolyasiya boruları aşkar edilib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Kabelləri gömrükdən qanunsuz keçirmək istədilər