"Ufak Tefek Cinayetler" serialı ilə ekranlara geri qayıdan məşhur aktrisa Gökçə Bahadır yunansıtanlı iş adamı Yiannis Maqkos ilə eşq yaşayır.
Milli.Az publika-ya istinadən xəbər verir ki, cütlük Yunan adalarında təşkil edilən bir partidə tanış olub.
Dekabr ayında Efe Durudan ayırlan Gökçə yeni sevgilisi ilə kamerlardan, hətta dostlarından uzaq yerlərdə görüşür.
Yiannisin D Maris istirahət zonasında yerləşən "Manos" adlı restoranı olduğu bildirilir. O, dünyaca məşhur bir restoranın sahibi olan Mani Maqkosun oğludur.
Milli.Az