Xalq artisti Elmira Rəhimova 77 yaşını qeyd edib. 

Milli.Az baku.ws-ya istinadən xəbər verir ki, xalq artistinin doğum günündə doğmaları ilə yanaşı aparıcı Hacı Nuran Hüseynov da iştirak edib. 

Qeyd edək ki, Elmira Rəhimova 13 avqust 1941-ci ildə Bakı şəhərində anadan olub. 50-ci illərin sonunda hind mahnılarının ifaçısı kimi tanınıb, Hindistanın Baş naziri C.Nehrunun dəvəti ilə iki dəfə (1957-59, 1961) Hindistanda olub, hind mahnı və rəqslərini öyrənmişdi. Azərbəycan bəstəkarlarının mahnılarını özünəməxsus ustalıqla ifa etmişdi. Dünyanın 60-dan çox ölkəsində konsert proqramları ilə çıxış edib. Elmira Rəhimova bir müddət Hindistanda yaşayıb. Müğənninin açıq səma altında oxuduğu Qənbər Hüseynlinin "Cücələrim" mahnısı sürəkli alqışlarla qarşılanıb. Ən maraqlısı o idi ki, 30 minlik hind tamaşaçısı mahnını xorla oxuyurdu və sonra müğənnidən həmin mahnını təkrar etməsini xahiş etmişdi.

Milli.Az