Bakı, 22 aprel, AZƏRTAC
“Taliban” hərəkatının döyüşçüləri aprelin 24-də Əfqanıstanda miqyaslı “yaz hücumlarına” başlayacaqlarını bəyan ediblər.
AZƏRTAC İnterfax informasiya agentliyinə istinadla xəbər verir ki, bəyanatda bu əməliyyatların əsas hədəflərinin xarici işğalçı qüvvələr, əsasən də onların daimi hərbi bazaları olacağı deyilir. Onların sözlərinə görə, oyuncaq hökumət və hərbi strukturlara da zərbələr endiriləcək.
Yaraqlılar, həmçinin Əfqanıstanın kəşfiyyat xidməti, Daxili İşlər Nazirliyi və Müdafiə Nazirliyi əməkdaşlarına da hücum etməyi planlaşdırırlar.