Daha bir aktyor Türkiyənin məşhur “Eşkiya dünyaya hökmdar olmaz” serialından ayrılıb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Dəniz Çakırdan sonra Kimsəsiz Yaşar obrazını canlandıran Olqun Şimşək yeni sezonda serialda olmayacağını bəyan edib.
Serialın ssenari müəllifi Bahadır Özdərən Dəniz Çakır və Olqun Şimşəyin serialdan ayrılması xəbərini sosial şəbəkə hesabında yazıb: “Dəniz ilə vidalaşdıq. Olqunla da. Çox qiymətli aktyorlarla işlədik bu vaxtda qədər. İşimizin ən çətin tərəflərindən biri də bu ayrılıqlardır. Yeni hekayələrə başlamaq zamanıdır. Əminəm Dəniz və Olqun işlərində bundan sonra uğur qazanacaqlar. Yenidən birlikdə işləməyimiz qismət işidir. Ümid edirəm, yollarımız yenə kəsişər…”