Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xəzərin hüquqi statusu haqqında Konvensiyanın hazırlanmasına dair İşçi Qrupunun 52-ci yekun iclasının kommünikesi qəbul edilib.

Milli.Az bildirir ki, bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

İşçi qrupun yekun 52-ci iclası Aktauda keçirilib.

Danışıqlarda Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan nümayəndə heyətləri iştirak ediblər. Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov rəhbərlik edib.

Milli.Az