ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları nəticəsində ölənlərin sayı 10-a çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, ölənlər arasında yanğının söndürülməsində iştirak edən texniki işçi də olub.

Daha əvvəl 6 nəfərin öldüyü bildirilirdi. Onlardan 2-si yanğınsöndürən, 4-ü isə yerli sakin olub.

Qeyd edək ki, ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları bir neçə həftədir davam edir. Vəziyyət isti hava səbəbindən daha da çətinləşir.

Milli.Az