Yaponiya elm insanları proqramlaşdırılmış kök hüceyrələrini parkinson xəstəliyinin müalicəsində istifadə edəcəklərini eşitdirdi. Gələn ay kliniki işlərə başlayacaq olan araşdırmaçılar bu üsulla xəstəliyi müalicə edəcəklərini ifadə etdi.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Yaponiyadan bir qrup araşdırmaçı milyonlarla Parkinson xəstəsinə ümid ola biləcək bir üsul yaratdıqlarını açıqladı.

Beyindəki dopamin çatışmazlığına gətirib çıxardığı xəstəlik üçün kök hüceyrə müalicəsinin işə yaraya biləcəyi ifadə edildi.

Elm insanları proqramlaşdırılmış kök hüceyrələrin köməyi ilə beynin neyrotransmitter istehsalını normal səviyyəyə gətirməyi hədəfləyir.

Araşdırmaçılar pluripotent kök hüceyrələri (IPS) meymunlar üzərində sınadıqlarını və müvəffəqiyyətli nəticələr əldə etdiklərini bildiriblər.

Ağırlıqla dəridən alınan pluripotent kök hüceyrələri yenidən proqramlaşdırılaraq embrionik kök hüceyrələrə çevrilir. Araşdırmanın məsullarından Professor Cun Takahaşi konfransda bildirib ki, Parkinson xəstəliyini müalicə etmək üçün İPS hüceyrə istifadəsinin sınanacağı dünyadakı ilk klinika iş olacaq.

Milli.Az