Elm öyrənmək savabı ən çox olan əməllərdəndir. Uca Allah buyurur: "De: "Ey Rəbbim! Mənim elmimi artır!" (Ta Hə, 114).
"De: "Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi?!" (əz-Zumər, 39).
"Allah sizdən iman gətirənlərin və (xüsusilə) elm bəxş edilmiş kimsələrin dərəcələrini ucaltsın!" (əl-Mucədilə, 11).
"Allahdan bəndələri içində ancaq alimlər layiqincə qorxar!" (Fatir, 28).
Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) belə dua etmişdir: "Allahım! Səndən faydalı elm, təmiz ruzi və məqbul əməl diləyirəm!" (İbn Məcəh).
Milli.Az zikr.az-a istinadən bildirir ki, o, həmçinin demişdir: "Allahım, mənə fayda verəcək elm öyrət və mənə öyrətdiyin elmi faydalı et!"
Özündən sonra faydalı elm qoyub getmək haqqında Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Bir kimsə yaxşı bir cığır açarsa, qiyamətə qədər o cığırı izləyən kəslərin qazandığı savabların bir misli, o ilk cığırı açan kimsənin əməl dəftərinə yazılar". (Muslim, ən-Nəsəi).
"Öləndən sonra insan üçün ən xeyirli olan bu üç şeydir; onun üçün dua edən əməlisaleh övlad qoyub getməsi, mükafatı kəsilməyən sədəqə və özündən sonra qoyub getdiyi faydalı elm". (Muslim, 1631).
"Qulun yeddi əməli vardır ki, ölümündən sonra qəbirdə ikən ona yazılmağa davam edir. Bunlar: faydalı elm öyrətmək, su kanalı çəkdirmək, quyu qazmaq, xurma ağacı əkmək, məscid tikdirmək, Quranı (çap etdirərək) miras qoymaq və ölümündən sonra onun üçün bağışlanma diləyən övlad qoyub getmək".
"Kim elm öyrənmək məqsədilə yola çıxarsa, Allah onu Cənnətin yoluna yönəldər. Həqiqətən, mələklər elm tələb edəndən məmnun olduqları üçün qanadlarını yerə sərərlər. Göylərdə və yerdə olan hər kəs, hətta sudakı balıqlar belə alim üçün istiğfar edər (bağışlanma diləyər). Alimin abid (ibadət edən) üzərindəki üstünlüyü, ayın ulduzlar üzərindəki üstünlüyü kimidir. Şübhəsiz ki, alimlər peyğəmbərlərin varisləridirlər. Peyğəmbərlər qızıl və gümüş miras qoymamışlar, onların miras qoyduqları yalnız elmdir. Kim onu (elmi) götürərsə, artıq tükənməyən bir pay götürmüş olar". (ət-Tirmizi, 2682).
Milli.Az
Məktəbə getmək, elm öyrənmək haqqında
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
milli.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Dünən
·
20:51