Lənkəran sakini dənizdə boğulub.

Publika.az "Report"a istinadən xəbər verir ki, hadisə Xəzər dənizinin Lənkəran şəhər sahilində qeydə alınıb.

Belə ki, Lənkəran şəhər sakini, 1959-ci il təvəllüdlü Mirnizam Mirhəsən oğlu Ağayev dənizdə böğularkən ətrafdakılar Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə məlumat veriblər.

Xidmətin dalğıc-axtarış qrupu onun meyiti sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.