Suriya prezidenti Bəşər Əsədin xanımı Əsma Fəvaz Əsəddə süd vəzisi xərçəngi aşkarlanıb.

Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, bu barədə Bəşər Əsədin dəftərxanasının Twitter-dəki mikrobloqunda rəsmi məlumat yayılıb.

52 yaşlı Bəşər Əsədin xanımında süd vəzisinin bədxasəlli şişi olduğu bəyan olunub. Xərçəng şişi ilkin mərhələdə aşkarlanıb.

Dəməşqdəki Onkoloji Klinikada Ə.Əsədin müalicəsinə başlanılıb.

Avqustun 11-də Əsma Əsədin 43 yaşı tamam olacaq. Qızlıq soyadı Əl Əhras olan Əsma Britaniyanın paytaxtı Londonda doğulub, orada London Universitetinin Kral Kollecini başa vurub. O, kompüter texnologiyaları və fransız ədəbiyyatı üzrə mütəxəssisdir.

"Deutsche Bank" və "JPMorgan Chase"də çalışandan sonra Suriyaya qayıdıb.

Bəşər Əsədlə Əsma 2011-ci ildə ailə qurublar. Bu ailədə elə həmin il Hafiz, 2003-cü ildə Zeyne, 2004-cü ildə isə Kərim doğulub.

Bədxassəli xərçəng şişi aşkarlanandan sonra Əsma Əsəd Suriya prezidentinin Dəftərxanasının Twitter akkauntunda xalqa müraciət edib.

"Dünyaya qətiyyət, əzm, qüvvə və çətinliklərin gözünə dik baxmağı öyrədən xalqın nümayəndəsiyəm. Qətiyyətim sizin əzminizdən, buna qədər yaşadığımız illərdəki iradənizdən doğur", - açıqlamada deyilir.

Milli.Az