Tovuz rayonunda fərdi yaşayış evində yanğın olub.
Milli.Az Report-a istinadən bildirir ki, hadisə Qovlar şəhəri, Nəriman Nərimanov küçəsi, ev 45 ünvanında qeydə alııb.
Hələlik bilinməyən səbəbdən başlamış yanğın zamanı 2 mərtəbəli fərdi yaşayış evinin birinci mərtəbəsi içərisindəki əşyalarla birgə yanıb. Əraziyə 3 yanğınsöndürən maşın cəlb olunub və yanğın tam söndürülüb.
İlkin məlumatlara görə, hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az