İngiltərənin Devon qraflığında bir neçə xanım xeyriyyə məqsədi ilə kameralar qarşısında soyunaraq yarıçılpaq pozalar veriblər.
Fotolardan hazırlanacaq təqvimin satışından əldə ediləcək pullar ötən ilin iyulunda Şimali Devonda - Link-Rouddakı qəzada həlak olmuş Keyra Bollun valideynlərinin yaratdıqları "InspiredbyKeira" fondunun hesabına keçiriləcək.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, devonlu xanımlar atlarla birlikdə fotolar çəkdiriblər.
Fotoqraf Tryud Bosens sessiyaya Somerset və Kornuoll qraflıqlarında yaşayan bəzi xanımları da cəlb edib.
Milli.Az