Biləsuvarda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, rayonda ikimərtəbəli inzibati binanın birinci mərtəbəsində ümumi sahəsi 36 m² olan otaqda 1 ədəd məişət avadanlığı yanıb.

Otağın qalan hissəsi və bina yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Milli.Az