Lənkəranda 18 yaşlı gənc süni göldə boğulub.

Milli.Az xeberler.az-a istinadən bildirir ki, bədbəxt hadisə Lənkəranın Quruba kəndində baş verib. Haftonu qəsəbə sakini, 19 yaşlı Şaiq Əlizadə dostları ilə birlikdə dağlıq ərazidəki süni göldə çimərkən boğulub.

Onun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Mingəçevirdə isə 22 yaşlı gənc çimərlikdə batıb. Şəki sakini Tofiq Məmmədov su anbarının qeyri-qanuni çimərlik ərazisində çimərkən boğulub.

Kiçik Həcmli Gəmilərə Nəzarət və Dövlət Sularında Xilasetmə Xidmətinin əməkdaşları batan şəxsin meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Hər iki faktla bağlı araşdırma aparılır.

Milli.Az